HAVA ŞƏRAİTİ HAQQINDA MƏLUMAT

21 İyul 2024, 14:04

HAVA ŞƏRAİTİ HAQQINDA MƏLUMAT

Azərbaycanın rayonlarında

İyulun 22-23-də əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Quba-Qusar, Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur) qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.