KÜLƏKLƏ BAĞLI SARI XƏBƏRDARLIQ

20 İyul 2024, 19:05

KÜLƏKLƏ BAĞLI SARI XƏBƏRDARLIQ

İyulun 21-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Ordubad, Culfa, Gədəbəy, Daşkəsən, Qazax, Gəncə, Tovuz, Ağstafa, Şəmkir, Balakən, Zaqatala, Qax, Şəki, Qobustan, Neftçala, Salyan, Hacıqabul, Cəlilabadda şimal-qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək.