16 İyun 2021, 13:05

İyunun 17-də gözlənilən hava şəraiti

İyunun 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub küləyi gecəyə doğru şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20-24 isti, gündüz 31-36 isti, Bakıda gecə 21-23 isti, gündüz 33-35 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu,
nisbi rütubət gecə 60-70 faiz, gündüz 35-40 faiz olacaq.

İyunun 17-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25 isti, gündüz 34-39 isti, dağlarda gecə 12-17 isti, gündüz 22-27 dərəcə isti olacaq.