15 İyul 2024, 15:30
İyulun 15-də respublikanın bəzi bölgələrində yanğın təhlükəsinin kompleks göstəricisi
Naxçıvan MR (Şərur, Naxçıvan, Şahbuz, Culfa, Ordubad) üzrə yanğın indeksi Ordubad, Naxçıvan, Şərur, Şahbuz, Culfada çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Gəncə-Qazax (Gəncə, Şəmkir, Tovuz, Göygöl, Naftalan, Tərtər, Ağstafa, Ağdam, Daşkəsən, Gədəbəy) bölgəsi üzrə yanğın indeksi Gədəbəydə kiçik, Daşkəsən, Göygöldə orta, Gəncə, Tərtər, Tovuzda yüksək, Ağstafa, Naftalan, Ağdam, Şəmkirdə isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Balakən-Şəki (Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala, Balakən) bölgəsi üzrə yanğın indeksi Qaxda kiçik, Şəki, Qəbələ, Oğuz, Zaqatala, Balakəndə isə yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Quba-Xaçmaz (Qusar, Quba, Şabran, Şahdağ, Xızı) bölgəsi üzrə yanğın indeksi Şahdağda kiçik, Xızıda orta, Qusar, Qubada yüksək, Şabranda isə çox yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Dağlıq Şirvan (İsmayıllı, Şamaxı, Qobustan) bölgəsi üzrə yanğın indeksi Şamaxıda orta, İsmayıllı, Qobustanda isə yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Lənkəran-Astara (Yardımlı, Lerik, Lənkəran, Astara) bölgəsi üzrə yanğın indeksi Lerik, Astarada orta, Yardımlı, Lənkəranda isə yüksək yanğın təhlükəsi növünə çatmışdır.
Qeyd: İyulun 16-da hava şəraiti əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
Bəzi rayonlarda yanğın indeksinin yüksək olduğunu nəzərə alaraq əhalinin ehtiyatlı olması tövsiyə olunur.