15 İyul 2024, 09:25
İyulun 15-i saat 9:00-a olan faktiki hava
İyulun 15-i saat 9:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 14-də gündüz Lənkəran-Astara zonasının bəzi yerlərində şimşək çaxıb, qısamüddətli yağış yağıb.
Düşən yağıntının miqdarı Astara və Lənkəranda 4 mm olub.
Şimal-qərb küləyi sarı xəbərdarlığa uyğun olaraq iyulun 14-də Daşkəsən, Şirvan və Culfada 19 m/s-dək güclənib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da 37, Aran rayonlarında 36, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.