KÜLƏKLƏ BAĞLI SARI XƏBƏRDARLIQ

10 İyul 2024, 12:15

KÜLƏKLƏ BAĞLI SARI XƏBƏRDARLIQ

İyulun 11-də ölkə ərazisində gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Sarı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında, Culfa, Ordubad, Şəki, Gəncə, Şəmkir, Samux, Ağdam, Naftalan, Goranboy, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Salyan, Biləsuvar, Neftçala, Cəlilabadda şimal-qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.