11 İyun 2021, 13:05
İyunun 12-də gözlənilən hava şəraiti
İyunun 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21 isti, gündüz 26-30 isti, Bakıda gecə 18-20 isti, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək,
nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.
İyunun 12-də Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22 isti, gündüz 30-35 isti, dağlarda gecə 8-13 isti, gündüz 15-20 dərəcə isti olacaq.