XƏBƏRDARLIQ

10 İyun 2021, 15:00

XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında İyunun 11-dən 14-dək şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20 m/s-dək güclənəcəyi gözlənilir.

İyunun 14-dək Azərbaycanın əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.