10 İyun 2021, 13:05
İyunun 11-də gözlənilən hava şəraiti
İyunun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,
əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20 isti, gündüz 25-29 isti, Bakıda gecə 18-20 isti, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək,
nisbi rütubət gecə 60-70 faiz, gündüz 40-45 faiz olacaq.
İyunun 11-də Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20 isti, gündüz 28-33 isti, dağlarda gecə 8-13 isti, gündüz 14-19 dərəcə isti olacaq.