HAVA ŞƏRAİTİ HAQQINDA MƏLUMAT

28 İyun 2024, 16:20

HAVA ŞƏRAİTİ HAQQINDA MƏLUMAT

                                                   

                                              Azərbaycanın rayonlarında 

İyunun 29-dan iyulun 1-i axşamadək yerlərdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Gəncə-Qazax, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Lənkəran-Astara) yağıntıların intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.