HAVA ŞƏRAİTİ HAQQINDA MƏLUMAT

27 İyun 2024, 17:20

HAVA ŞƏRAİTİ HAQQINDA MƏLUMAT

Azərbaycanın rayonlarında

İyunun 28-29-da əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
 
Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqaz bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.