24 Noyabr 2020, 15:30

Noyabrın 24-də gözlənilən hava şəraiti

Noyabrın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 9-11, Bakıda gecə 4-6, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 772 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-8 faiz, gündüz 50-55 faiz olacaq.

Noyabrın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6, gündüz
9-13 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-3 dərəcə isti olacaq.