07 İyun 2021, 13:05
İyunun 08-də gözlənilən hava şəraiti
İyunun 08-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 24-28 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.
İyunun 08-də Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcəyi, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək, şimşək çaxanda arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 29-34 dərəcə isti, dağlarda gecə
7-12 dərəcə isti, gündüz 16-21 dərəcə isti olacaq.