06 İyun 2021, 11:45

İyunun 07-də gözlənilən hava şəraiti

İyunun 07-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20  isti, gündüz 24-28 isti, Bakıda gecə 18-20 isti, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.
Nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.


İyunun 07-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20 isti, gündüz 29-34 isti, dağlarda gecə 7-12 isti, gündüz 16-21 dərəcə isti olacaq.