12 İyun 2024, 16:50
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq
İyunun 13-14-də əsasən dağlıq və dağətəyi rayonlarda gözlənilən küləkli hava şəraiti ilə bağlı Milli Hidrometeorologiya Xidməti tərəfindən sarı xəbərdarlıq edilib.
Sinoptiklərin məlumatına görə, Naxçıvan MR, Gəncə, Göygöl, Goranboy, Tərtər, Bərdə, Ağdam, Ağdərə, Mingəçevir, Yevlax, Xızı, Şabran, Siyəzən, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Qax, Şəki, Zaqatala, Balakəndə sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir 13.9-20.7 m/san təşkil edəcək.