03 İyun 2021, 13:05

İyunun 04-də gözlənilən hava şəraiti

İyunun 04-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-20 dərəcə isti, gündüz 25-29 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 60-70 , gündüz 40-45 faiz olacaq.

İyunun 04-də Azərbaycanın rayonlarında, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 29-34 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq.