01 İyun 2021, 13:05

İyunun 02-də gözlənilən hava şəraiti

İyunun 02-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 27-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 751 mm civə sütununa enəcək, nisbi rütubət gecə 65-75, gündüz 40-45 faiz olacaq.

İyunun 02-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 32-37 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.