26 May 2024, 14:20
XƏBƏRDARLIQ
Azərbaycanın Qərb rayonlarında subasma təhlükəsi ilə əlaqədar xəbərdarlıq edilib
Mayın 26-da qonşu ölkələrin ərazisində Debet çayına yağan leysan nəticəsində çaydan güclü sel keçib, hazırda da davam etməkdədir. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
Mayın 26-da qonşu ölkələrin ərazisində Debet çayına yağan leysan nəticəsində çaydan güclü sel keçib, hazırda da davam etməkdədir. Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.
Onun sözlərinə görə, Debet çayının Kürə töküldüyünü nəzərə alsaq, Gürcüstanda Kürə yağan yağışlar nəticəsində çayın Tbilisi məntəqəsində səviyyənin kəskin artması müşahidə olunur:
"Bununla əlaqədar olaraq, 26-28 may tarixlərinə Kür çayının Qıraq Kəsəmən məntəqəsində çayın səviyyəsinin artacağı, Qazax, Ağstafa və Tovuz ərazilərində subasma olacağı istisna olunmur.
Yaranmış vəziyyətlə əlaqədar həmin ərazilərdə yaşayan əhalidən diqqətli olmaq xahiş edilir, sahillərdən məsafə saxlamaq tövsiyə edilir".