30 May 2021, 13:00

Mayın 31-də gözlənilən hava şəraiti

Mayın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 18-21 dərəcə isti, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 758 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq.

Mayın 31-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 17-22 dərəcə isti, gündüz 31-36 dərəcə isti, dağlarda gecə
12-17 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq.