18 May 2024, 19:05

Mayın 18-i saat 19:00-a olan faktiki hava

Mayın 18-i saat 19:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti davam edir.

Bakıda və Abşeron yarımadasında, Qəbələ, Şamaxı, Qobustan, Quba, Xaltan, Şabran, Biləsuvar, Neftçalada arabir yağış, Şahdağ, Qrız, Laza(Qusar), Xınalıqda isə qar yağıb. Ayrı-ayrı yerlərdə şimşək çaxıb, yağıntılar leysan xarakterli intensiv olub.

Mayın 18-i saat 14:15 radələrində Təngəaltı Vəlvələçaya (Quba) kiçik ölçülü, 15:43-15:55 radələrində Ağsu rayonuna diametri 6-7 mm, saat 16:16-16:18 radələrində Şəki rayonunda kiçik ölçülü, saat 16:52 radələrində Qəbələ rayonu Qəmərvan kəndinə 10 mm, Qobustan rayonu Poladlı kəndinə saat 16:05-16:25 radələrində 7-8 mm, saat 17:35-17:50 radələrində İsmayıllı rayonu, İsmayıllı rayonu Lahıc qəsəbəsi Zərnava, Qaraqaya, Gəndov, Talıstan, Xankəndi kəndlərinə 5-7 mm, saat 17:50-18:10 radələrində Qəbələ rayonu Kötüklü kəndinə isə diametri 8 mm olan dolu düşüb.

Qərb küləyi arabir İsmayıllıda  24 m/s, Göyçayda 21 m/s-dək güclənib.