24 May 2021, 13:05

Mayın 25-də gözlənilən hava şəraiti

Mayın 25-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 16-19 dərəcə isti, gündüz 24-29 dərəcə isti, Bakıda gecə 16-18 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu təşkil edəcək,
nisbi rütubət gecə 65-75 gündüz 45-50 faiz olacaq.

Mayın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 29-34 dərəcə isti, dağlarda gecə 10-15 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq.