21 Noyabr 2020, 15:30
Noyabrın 21-də gözlənilən hava şəraiti
Noyabrın 21-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gün ərzində yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturu Abşeron yarımadasında gecə 6-9, gündüz 10-12, Bakıda gecə 6-8, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 65-75 faiz olacaq.
Noyabrın 21-də Azərbaycanın rayonlarında arabir yağış,dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.Arabir duman olacaq.Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-7, gündüz 8-12, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 1-3 dərəcə şaxta olacaq.