23 May 2021, 12:45
Mayın 24-də gözlənilən hava şəraiti
Mayın 24-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 16-21 dərəcə isti, gündüz 25-30 dərəcə isti, Bakıda gecə 18-20 dərəcə isti, gündüz 28-30 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 65-75 gündüz 40-45 faiz olacaq.
Mayın 24-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,
lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 18-23 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 12-17 dərəcə isti, gündüz 21-26 dərəcə isti olacaq.