21 May 2021, 13:05
Mayın 22-də gözlənilən hava şəraiti
Mayın 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 15-19 isti, gündüz 28-33 isti, Bakıda gecə 17-19 isti, gündüz 29-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70 %, gündüz 40-45 % olacaq.
Mayın 22-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,
lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20 isti, gündüz 31-36 isti, dağlarda gecə 10-15 isti, gündüz 21-26 dərəcə isti olacaq.
Havanın temperaturu gecə 15-20 isti, gündüz 31-36 isti, dağlarda gecə 10-15 isti, gündüz 21-26 dərəcə isti olacaq.