18 May 2021, 13:05

Mayın 19-da gözlənilən hava şəraiti

Mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 25-29 dərəcə isti olacaq. Bakıda gecə 16-18 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 %, gündüz 40-45 % olacaq.

Mayın 19-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq.