17 May 2021, 13:15
Mayın 18-də gözlənilən hava şəraiti
Mayın 18-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.
Cənub küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 23-28 dərəcə isti olacaq. Bakıda gecə 17-19 dərəcə isti, gündüz 25-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80 , gündüz 40-45 faiz olacaq.
Mayın 18-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,
lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 30-34 dərəcə isti, dağlarda gecə 11-16 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq.