13 May 2021, 12:05
Mayın 14-də gözlənilən hava şəraiti
Mayın 14-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 12-16 dərəcə isti, gündüz 23-28 dərəcə isti, Bakıda gecə 14-16 dərəcə isti, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 , gündüz 45-20 faiz olacaq.
Mayın 14-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 12-17 dərəcə isti, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 6-11 dərəcə isti, gündüz 17-22 dərəcə isti olacaq.