11 May 2021, 11:35
Mayın 12-də gözlənilən hava şəraiti
Mayın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13 dərəcə isti, gündüz 18-23 dərəcə isti olacaq. Bakıda gecə 10-12 isti, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 , gündüz 45-50 faiz olacaq.
Mayın 12-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.