08 May 2021, 13:30
Mayın 09-da gözlənilən hava şəraiti
Mayın 09-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə çiskin olacağı, gecəyə doğru isə yağış yağacağı ehtimalı var. Gündüz arabir güclənən cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14 dərəcə isti, gündüz 18-21 dərəcə isti, Bakıda gecə 12-14 dərəcə isti, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.
Mayın 09-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi,
lakin axşam əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə isti olacaq.