24 Fevral 2024, 12:30

Naxçıvan MR Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarına təlim keçirilir

Milli Hidrometeorologiya Xidmətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının Hidrometeorologiya Mərkəzinin əməkdaşları üçün hidrometeorologiya sahəsində maarifləndirmə və işçi potensialının təkmilləşdirilməsi məqsədilə onlayn təlimlər davam edir.

Xidmətin mütəxəssisləri tərəfindən keçirilən təlimlər çərçivəsində hidrometeoroloji proqnozların hazırlanması, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsiri, aqrometeoroloji, hidrometeoroloji müşahidələrin təşkili, məlumatların təhlili, qeydiyyatı, mübadiləsi və sinoptik kodların təhlili, hesabatların hazırlanması, həmçinin qarölçmə işlərinin təşkili, sommer cihazında portativ ölçmə işlərinin aparılması qaydaları, ətraf mühitin monitorinqinin təşkili, atmosfer havasının keyfiyyətinin monitorinqi və digər mövzularda təqdimatlar nümayiş olunub.
 
Təlimlər zamanı qeyd edilən mövzularda müzakirələr aparılıb, qarşı tərəfi maraqlandıran suallar cavablandırılıb.