FAKTİKİ HAVA

23 Fevral 2024, 17:45

FAKTİKİ HAVA

Fevralın 23-ü saat 17:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, hazırda ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur.
 
Daşkəsən, Gədəbəy, Göygöl, Qəbələ, Şəki, Quba, Şamaxı, Qobustan, Qax, Qrızda qar;
Naxçıvan, Şərur, Ordubad, Gəncə, Ağdam, Şabran, Sabirabad, Ağsu, Salyan, Lerik, Naftalan, Neftçalada, Bakıda və Abşeron yarımadasında arabir yağış yağır.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 5, Naxçıvan MR-da 9, Aran rayonlarında 9 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə 9 dərəcəyədək şaxta olub.