04 May 2021, 13:29
Mayın 05-də gözlənilən hava şəraiti
Mayın 05-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 11-13 dərəcə, gündüz 15-18 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz olacaq.
Mayın 05-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 17-21 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 8-13 dərəcə isti olacaq.