11 Fevral 2024, 12:00

Fevralın 12-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq. 

Havanın temperaturu gecə 5-9° isti, gündüz 11-16° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 45-55% olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-10° isti, gündüz 18-23° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti olacaq.