28 Yanvar 2024, 12:30

Yanvarın 29-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-4° isti, gündüz 4-6° isti olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.

Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yolların buz bağlama ehtimalı var.