01 May 2021, 13:03

Mayın 02-də gözlənilən hava şəraiti

Mayın 02-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.Mülayim şimal küləyi gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 11-15 dərəcə, gündüz 17-19 dərəcə isti, Bakıda gecə 12-14 dərəcə, gündüz 17-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaq.

Mayın 02-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, əsasən şimal və qərb rayonlarında dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq.