09 Yanvar 2024, 12:32

Yanvarın 10-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Axşam tədricən kəsiləcək. Güclü şimal-qərb küləyi gündüz zəifləyəcək.

Havanın temperaturu gecə və gündüz 3-7° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında
bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi gecə və səhər ayı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 5-9° isti, dağlarda gecə və gündüz 0-5° şaxta olacaq.