04 Yanvar 2024, 13:15
XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında
Yanvarın 6-da şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gecə və səhər yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir, axşama doğru zəifləyəcək.
Azərbaycanın rayonlarında
Yanvarın 5-i gündüz qərb rayonlarından başlayaraq, 6-sı səhərədək arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Quba-Qusar) intensiv olacağı ehtimalı var.
Yanvarın 4-ü axşam, 5-i axşamdan 6-sı gündüzədək qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 6-sı gecə və səhər bəzi yerlərdə arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.