30 Aprel 2021, 13:05
Mayın 01-də gözlənilən hava şəraiti
Mayın 01-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 11-14 dərəcə isti, gündüz 18-21 dərəcə isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 75-85 faiz olacaq.
Mayın 01-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16 dərəcə isti, gündüz 20-25 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.