Hava şəraiti haqqında məlumat

07 Dekabr 2023, 19:15

Hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında

Dekabrın 8-i axşamdan 10-u səhərədək fasilələrlə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.
9-u günün birinci yarısında cənub küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında

Dekabrın 8-i axşamdan 11-i səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.
Qərb küləyi 15-18 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.