Hava şəraiti haqqında məlumat

27 Noyabr 2023, 12:50

Hava şəraiti haqqında məlumat

Bakıda və Abşeron yarımadasında
 
Noyabrın 27-si gündüzdən 28-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, yarımadanın bəzi yerlərində arabir 32-35 m/s-dək güclənəcəyi gözlənilir.
 
Noyabrın 27-si axşamdan 28-i gündüzədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Noyabrın 27-si axşamdan havanın temperaturu ötən günlərlə müqayisədə kəskin 10°-dək aşağı enəcək, 28-i gündüz saatlarında 10-12° isti olacaq.

Azərbaycanın rayonlarında

Noyabrın 27-si gündüz şimal və qərb rayonlarından başlayaraq 28-i axşamadək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi Aran, Qarabağ və Şərqi Zəngəzur) intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Qərb küləyi 20-25 m/s, 27-də ayrı-ayrı yerlərdə arabir 33-38 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 10° aşağı enərək Aran rayonlarında gecə 3-7°, gündüz 11-15° isti, dağlıq rayonlarda gecə 4-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq.