18 Noyabr 2023, 11:30

FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin noyabrın 18-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağıb.

Düşən yağıntının miqdarı: Qaxda 16 mm, Quba, Gədəbəydə 10 mm, Qusar, Şəkidə 6 mm, Ordubad, Xaltan, Şahdağda 5 mm, Göygöl, Şahbuz, Zaqatala, Altıağac, Qrızda 4 mm, Daşkəsən, Gəncə, Şamaxı, Qobustanda 3 mm, Naxçıvan, Şərur, Culfa, Şabran, İsmayıllı, Mingəçevir, Lerikdə 2 mm, Tərtər, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Şəmkir, Tovuz, Ağdam, Balakən, Oğuz, Xaçmaz, Salyan, Biləsuvar, Lənkəran, Yardımlı, Astara, Bakıda və Abşeron yarımadasında 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Şahdağda 2 sm, Qrızda 1 sm olub.



Duman: Ağdam, Şamaxı, Qobustan, Qrızda müşahidə olunub.

Külək: Noyabrın 17-də şimal-qərb küləyi arabir Ağdamda 25 m/s, Tovuz, Neftçalada 20 m/s, Naftalan, Ceyrançöl, Astara, Lənkəranda 18 m/s, Göygöldə 16 m/s, Bakıda və Abşeron yarımadasında 28 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.7 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 10 dərəcəyədək isti, Naxçıvan MR-da 8 dərəcəyədək isti, Aran rayonlarında 21 dərəcəyədək isti, dağlıq rayonlarda 3 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5 dərəcəyədək şaxta olub.