15 Noyabr 2023, 15:37
Hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Noyabrın 17-də şimal-qərb küləyinin 15-20 m/s, səhər arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30 m/s-dək güclənəcəyi gözlənilir.
17-də gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.
Azərbaycanın rayonlarında
Noyabrın 17-də şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Şərqi Zəngəzur, Qarabağ, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Qərb küləyinin arabir 15-20 m/s, 17-də gecə və səhər ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.