19 Aprel 2021, 13:05

Aprelin 20-də gözlənilən hava şəraiti

Aprelin 20-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-14 dərəcə, gündüz 19-24 dərəcə isti, Bakıda gecə 11-13 dərəcə, gündüz 19-21 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək, Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Aprelin 20-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 12-17 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacaq.