08 Noyabr 2023, 12:10

Noyabrın 09-da gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi arabir güclənəcək.

Havanın temperaturu gecə 13-17° isti, gündüz 18-23° isti olacaq.

Azərbaycanın rayonlarında havanın  əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 9-14° isti, gündüz  22-27° isti, dağlarda 0-5° isti, gündüz  8-13° isti olacaq.