13 Aprel 2021, 13:05
Aprelin 14-də gözlənilən hava şəraiti
Aprelin 14-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 9-12 dərəcə, gündüz 16-18 dərəcə isti, Bakıda gecə 9-11 dərəcə, gündüz 16-18 dərəcə isti olacaq. Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq.
Aprelin 14-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı, dolu düşəcəyi ehtimalı var. Günün ikinci yarısında tədricən kəsiləcək. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-12 dərəcə, bəzi yerlərdə 15-17 dərəcə isti olacaq.