16 Oktyabr 2023, 12:29

Oktyabrın 17-də gözlənilən hava şəraiti

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz arabir güclü olacaq.

Havanın temperaturu gecə 13-16° isti, gündüz 16-19° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclü olacaq.

Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti, dağlarda gecə 0-4° isti, gündüz 5-10° isti olacaq.