30 Sentyabr 2023, 10:50
Hava şəraiti haqqında məlumat
Azərbaycanın rayonlarında
Sentyabrın 30-u axşamdan oktyabrın 02-si axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Balakən-Şəki, Dağlıq Şirvan, Qazax-Gəncə, Mərkəzi-Aran, Qarabağ və Şərqi-Zəngəzur) yağıntının leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Şərq küləyi bəzi rayonlarda arabir 15-20 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Talaçay, Şinçay, Kürmükçay;
Oğuz-Qəbələ bölgəsinin Göyçay, Dəmiraparançay, Girdimançay;
Quba-Qusar bölgəsinin Vəlvələçay, Qaraçay;
Daşkəsən-Gədəbəy və Gəncə-Qazax bölgəsinin Əsrikçay, Gəncəçay, Qabırrıçay;
Qarabağ və Şərqi Zəngəzur bölgəsinin Gorançay, Quruçay, Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.