08 Aprel 2021, 13:05
Aprelin 09-da gözlənilən hava şəraiti
Aprelin 09-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq.Cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 12-14 dərəcə, gündüz 18-23 dərəcə isti, Bakıda gecə 12-1412 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Aprelin 09-da Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər bəzi qərb rayonlarında yağış yağacağı ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 9-14 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlardagecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.