07 Aprel 2021, 13:03
Aprelin 08-də gözlənilən hava şəraiti
Aprelin 08-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən
yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-12 dərəcə, gündüz 18-23 dərəcə isti, Bakıda gecə 10-12 dərəcə, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.
Aprelin 08-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 7-12 dərəcə isti, gündüz 24-29 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 13-18 dərəcə, bəzi yerlərdə 20-23 dərəcə isti olacaq.