12 Noyabr 2020, 15:00

Noyabrın 12-də gözlənilən hava şəraiti

Noyabrın 12-də Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 10-12, Bakıda gecə 7-9, gündüz 10-12 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 75-85 faiz olacaq.

Noyabrın 12-də Azərbaycanın rayonlarında havanın arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-9, gündüz 12-16, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.